Prosineçki: "Penalti olsa, Rəşadın vurmasına imkan vermərəm"

21:23 4 Oktyabr 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Çexiyanı qəbul edəcək Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Sabah seçmə mərhələdə son ev oyununa çıxacağıq. Çexiya millisi son oyunlarda uğursuz çıxış etsə də, güclü rəqibdi. Bizi çətin oyun gözləyir. Onların oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı nəticə qazana biləcəyik.

 

- Sabah penalti olsa, bu zərbəni Rəşad Sadıqovun vurması üçün şərait yaradacaqsız?
- Artıq 3 ildi Azərbaycandayam. Mən gələndən Rəşad millinin kapitanıdı. Məhz mənim rəhbərliyim altında 100-cü oyununu keçirib. Millinin əsas üzvlərindən biri olub. Sabah penalti olsa, şəxsən mən imkan vermərəm vursun. Niyə? Çünki birdən vura bilməsə, onda necə olacaq?

 

Bu vaxt Rəşad Sadıqov Prosineçkinin sözlərinə əlavə olaraq “Məncə, bu, düzgün deyil. Bu zərbələri kim yaxşı yerinə yetirirsə, o da vurmalıdı. Məşqçi olsam da, bu qərarı verərdim” deyib.

 

- Bu oyuna köklənmə ilə bağlı problem yoxdu ki?
- Sabah son ev oyunumuzu keçirəcəyik. Buna görə, motivasiya ilə bağlı heç bir problemimiz yoxdu.

 

- Rəşad Sadıqovun əsas əvəzləyicisi kimi hansı oyunçunu görürsüz?
- Futbolçu həyatı elədi ki, çox qısa çəkir. Rəşadın da dediyi kimi hər şeyin sonu var. Əsas odu, nə vaxt getməli olduğunu biləsən. Rəşad Azərbaycan futbolunun görkəmli simalarından biridi. O ki qaldı onu kimin əvəz etməsinə, indi bu barədə danışmaq istəmirəm. Çünki sabahkı matça köklənmişəm.


Digər xəbərlər

Xəbər xətti