Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.
Sportarena.az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan yığması seçmə tsikldə son ev oyununa çıxacaq. Millimiz Çexiya yığması ilə qarşılaşacaq. Bu oyun millimizin kapitanı Rəşad Sadıqov üçün əlamətdar xarakter daşıyacaq. Belə ki, kapitan yığmamızın heyətində son oyununu keçirəcək.
Hazırda qrupda 3-cü pillədə qərarlaşmış Robert Prosineçkinin yetirmələri bu pillədəki yerini qoruyub saxlamaq üçün ev oyunundan qələbəylə ayrılmalıdı. Qeydə alınacaq başqa bir nəticə millimizi 3-cü pillədən edə bilər.
DÇ-2018-in seçmə mərhələsi
5 oktyabr
C qrupu
20:00 Azərbaycan - Çexiya 1:2
Qol: Əfran İsmayılov, 56-p - Yan Kopiç, 35. Antoni Barak, 65.
Hakimlər: Benua Millot, Jülien Paselli, Bertran Juanno, Frank Şneyder (hamısı Fransa)
Hakim-inspektor: Are Habix (Estoniya)
Komissar: Romano Klavedetçer (İsveçrə)
Bakı. Olimpiya stadionu