Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1.“Region Liqası”nın Əsasnaməsi təsdiq olunsun (Əsasnamə saytda yerləşdiriləcək).
2. 2017-18-ci il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün tətbiq olunacaq Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2017) dəyişikliklərlə bağlı təkliflər qəbul olunsun.
İdman meyarları
1. AFFA-nın U-19 Liqasının adı Gənclər Liqasına dəyişdirildiyini nəzərə alaraq, Lisenziyalaşdırma Qaydalarında “U-19 komandası” ifadəsi “Gənclər Liqasında çıxış edən komanda” ifadəsilə əvəz olunması
2. Klubların “Gənclər futbolunun inkişafı proqramları”nın icrasına AFFA-nın Məşqçilər Komitəsi tərəfindən nəzarət etmək üçün klublar öz uşaq-gənclər komandalarının məşq qrafiklərini həftləlik əsasda AFFA-ya təqdim etməlidirlər
İnfrastruktur meyarları
3. AFFA və AMADA (Azərbaycan Milli Antidopinq Agentliyi) arasında imzalanmış memorandumu nəzərə alaraq Premyer Liqa yarışlarında iştirak etmək üçün tətbiq olunan Lisenziyalaşdırma Qaydalarına stadionda Dopinq Nəzarət otağının mövcud olması ilə bağlı tələbin əlavə olunması
Kadr-İnzibati meyarlar
4. Klubların uşaq-gənclər komandalarına nəzarət edən tibb işçisinin təyin olunması ilə bağlı tələbin əlavə olunması
5. Lisenziyalaşdırma üzrə menecerlə bağlı olan meyara, onların kursda iştirak etməsi və imtahandan uğurla keçməsi ilə bağlı tələbin əlavə olunması
Sonda İcraiyyə Komitəsinin üzvləri Rəşad Sadıqovun ölkə futbolundakı xidmətlərini yüksək qiymətləndirərək milli komadada vida oyunu ilə bağlı ona dərin təşəkkürünü bildiriblər.