"Hər şeyi özünüz gördünüz. Uduzmaq heç vaxt sevindirici ola bilməz. Ona görə məyusam".
Sportarena.az xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığmasına 1:2 hesabı ilə uduzduğu görüşdən sonra deyib. O, bildirib ki, yığmanın baş məşqçisi Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı cari tsikl başa çatdıqdan sonra qərar veriləcək.
Abdullayev "Rəşad Sadıqovun gedişindən sonra onu əvəzləyə bilən biri olacaqmı" sualına belə cavab verib: "Həyat davam edir".