Qara Qarayev: "Hesabı açan tərəf biz olsaydıq..."

10:47 6 Oktyabr 2017

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında 9-cu tura start verilib.

 

Sportarena.az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan yığması öz meydanında Çexiya ilə üz-üzə gəlib. Üç qolun vurulduğu qarşılaşmada çexlər qələbə qazanıblar. Qarşılaşmadan sonra yığmamızın üzvü Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb:

 

- Məğlubiyyətə səbəb nə oldu?

- Mən nəyə görə məğlub olduğumuzu desəm, doğru çıxmaz. Əslində, oyuna yaxşı hazırlaşmışdıq, xal götürmək niyyətində idik. Nəsib olmadı, bərabərlik əldə etsək də, hesabı qoruya bilmədik. Düşünürəm ki, oyun başlayanda daha yaxşı şanslar qazanmalı və qol vurmalı idik. Amma alınmadı.

 

- Necə düşünürsən, ehtiyatda qalmağına səbəb nə idi?

- Bilmirəm. Baş məşqçimiz belə qərar vermişdi.

 

- Rəşad Sadıqovun millidən gedişi barədə nə deyə bilərsən?

- Bu barədə çox danışmışam. Rəşad milli komandaya lazımlı oyunçudu. İndi də onun komandaya lazım olduğu hiss olunur. Öz qərarıdı, hamımız o qərarı mütləq verəcəyik. Rəşada məşqçilik və “Qarabağ” karyerasında uğurlar arzu edirəm. Onun fikrinə hörmətlə yanaşırıq.

 

- Yığma bu gün çox zəif çıxış etdi. Səbəb nə idi?

- Bu suala necə cavab verəcəyimi bilmirəm. Amma komanda olaraq oyuna yaxşı motivasiya olmuşduq. Ola bilər ki, oyun epizodlarında futbolçular motivasiyasız göründülər.

 

- Komanda oyunu ortaya qoya bilmədiniz. Bu fikirlə razısan?

- İlk yarıda bir neçə qol epizod yaratsaq da, istifadə edə bilmədik. Rəqibin çox səhvləri olsa da, bundan yararlana bilmədik. Hesabı açan tərəf biz olsaydıq, oyunu qalibiyyətlə başa vura bilərdik. Ancaq ilk qolu buraxdığımız üçün ola bilər ki, motivasiyamız aşağı düşdü. 


Digər xəbərlər

Xəbər xətti