Rahid Əmirquliyev: "Bu barədə düşünməmişəm"

12:40 6 Oktyabr 2017

"Əvvəlcədən bizi çətin oyun gözlədiyini bilirdik. Rəqib qrupda bizdən aşağı pillədə qərarlaşsa da, son iki oyunda yaxşı nəticələr göstərirdi. Buna baxmayaraq, son ev oyununda layiqli çıxış etmək və azarkeşlərimizi sevindirmək istəyirdik. Təəssüflər olsun ki, alınmadı". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Rahid Əmirquliyev deyib.  DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununda Çexiyanı qəbul edən millimiz 1:2 hesablı məğlubiyyətə üzülüb. Yığmaızın yarımmüdafiəçisi matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.  O, rəqib komandanın üstün futbol sərgilədiyini deyib:

 

"Ola bilər ki, ikinci qoldan sonra həvəsdən düşdük. Bundan başqa, yorğunluq öz sözünü dedi, bizi çox yordular. Yunumuz alınmadı, rəqib oynamağa imkan vermədi". 

 

Millimizin yeni kapitanı Rəşad Sadıqovun yığma karyerasını başa vurmasından da danışıb: "Rəşadı qələbə ilə yola salmaq istəyirdik. Amma bacarmadıq. Düzdü, heç kim istəməzdi ki, Rəşad yığmadan getsin. İnanıram ki, o, millidən ayrılmayacaq və gələcək oyunlarda bizə dəstək olacaq. Kapitanlığa gəlincə, onun yerini doldurmağa çalışacağam". 

Maraqlıdır, Rahid uzun müddət oynadığı "14 nömrə"yə Rəşadın gedişindən sonra sahib çıxmaq niyyətindədirmi? O, bu suala belə cavab verib:

 

"Yox, bu barədə düşünməmişəm". 

 

Əmirquliyev Almaniyaya qarşı keçirəcəyimiz matç haqda söz açıb:

 

"Düzdü, almanlar üçün rəqibin fərqi yoxdur, onlar öz oyunlarınlı nümayiş etdirirlər. Bilirik bizi necə oyun gözləyir. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq".  


Digər xəbərlər

Xəbər xətti