Azərbaycan Kubokunda 2017-2018 mövsümünün final görüşü Gəncə şəhər stadionunda keçirilə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. Onun sözlərinə görə, Gəncə stadionunda bir sıra problemlər var. Onlar aradan qaldırılsa, kubokun finalı orada keçiriləcək:
"Kubokun finalını bölgələrimizdən birində keçirməyi düşünürük. Paytaxtda nə qədər futbol olar? Tovuz şəhər stadionunun süni örtüklü olması və tribunalardakı darısqalçılıq buna imkan vermir. Gəncə rəhbərliyi stadiondakı problemləri aradan qaldırsa, 28 may Respublika günündə bayram bayrama qarışacaq. Belə fikrimiz var".
Qeyd edək ki, Azərbaycan kubokunun final matçı 2018-ci il mayın 28-də olacaq.