Rəşadın vida matçını o da izlədi - FOTO

14:44 6 Oktyabr 2017

Türkiyənin “Bursaspor” klubuna 2009/10 mövsümündə çempionluq qazandıran məşhur mütəxəssis Ərtoğrul Sağlam Bakıdaya gəlib.

 

Sportarena.az xəbər verir ki, o, dünən axşam DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Çexiya oyununu (1:2) izləyib. Sağlamın gəlişinin səbəbi Rəşad Sadıqovun milli komandada son oyununu izləmək idi.

 

Qeyd edək ki, Rəşad Sadıqov məhz bu məşqçinin rəhbərliyi altında “Kayserispor”da çıxış edib.

 


Digər xəbərlər

Xəbər xətti