Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
Sportarena.az xəbər verir ki, millimiz səfərdə Almaniya ilə üz-üzə gəlib. Bu, U-21 millimizə yeni təyinat alan Samir Ələkbərovun yığmanın “sükanı arxasında” ilk sınağı olub. Komandamız bu görüşdən 1:6 hesabı ilə məğlub ayrılıb.
Millimiz seçmə mərhələdə keçirdiyi ilk iki oyunu da (İsrail, İrlandiya) məğlubiyyətlə başa vurub. Almaniya yığması isə keçirdiyi yeganə matçdan 3 xalla ayrılmışdı.
U-21 Avropa çempionatının seçmə mərhələsi: 5-ci qrup
6 oktyabr
21:00 Almaniya - Azərbaycan 6:1
Qol: F.Oxs, 8; 37. M.Dahud, 34. A.Krivostyuk, 53-ö/q. M.Hartel, 72. S.Toyxert, 83 - İ.Səfərzadə, 86.
Hakimlər: Vilyalmur Torarinsson, Qilfi Mar Siqurdsson, Frosti Vidar Qunnarsson, Toroddur Hyaltalin (hamısı İslandiya)
Kotbus. “Frendşaft” stadionu
Almaniya: 1. Aleksandr Nübel, 2. Benjamin Henriks, 3. Lukas Klostermann, 4. Conatan Ta (k), 5. Timo Baumqartl, 8. Mahmud Dahud, 9. Feliks Platte, 11. Sedrik Toyxert, 15. Filipp Oxs, 18. Marsel Hartel, 20. Tilo Kerer
Ehtiyat oyunçular: 12. Svend Brodersen, 13. Maksimilian Eggeştayn, 14. Paskal Ştentsel, 17. Florian Noyhaus, 19. Yohannes Valdşmidt, 22. Yanni Serra
Baş məşqçi: Ştefan Kunts
Azərbaycan: 12. Mustafa Özhitay, 2. Serkan Taşkın, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 7. Ehtiram Şahverdiyev, 8. Qismət Alıyev, 11. Budaq Nəsirov, 16. İlyas Səfərzadə, 18. Anton Krivostyuk, 19. İlkin Sadıqov, 21. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 3. Vüqar Həsənov, 14. Pərviz Qaraxanov, 15. Oleq Hüseynov, 17. Əlibəy Məmmədli, 20. Eltun Turabov, 23. Fəhmin Muradbəyli
Baş məşqçi: Samir Ələkbərov