DÇ-2018-in seçmə mərhələsinin son oyununda millimizlə qarşılaşacaq Almaniya yığması daha bir itki ilə üzləşib.
Sportarena, Toni Kross sıradan çıxıb. "Real"ın yarımüdafiəçisi ötən gün Şimali İraldniya ilə keçirilən oyunda zədələnib. Almaniya Futbol İttifaqı xəbəri təsdiqləyib. 27 yaşlı futbolçunun qabırğasında ağrı olduğunu açıqlanıb. Həkimlər ona ona millimizlə oyunda iştirak etməyə icazə verməyiblər.
Xatırladaq ki, Almaniya millizin qapıçısı Manuel Noyer, müdafiəçi Benedik Hövedes və hücumçu Timo Verner də zədə səbəbindən yığmamızla oktyabrın 8-də keçiriləcək görüşü buraxacaq.