DÇ-2018-in seçmə mərhələsinin son matçında Almaniyanın millimizə qarşı hansı heyətlə çıxacağı məlum olub..
Sportarena.az xəbər verir ki, bu barədə bundestimin baş məşqçisi Yoahim Löv məlumat verib. O, Şimali İrlalndiya ilə matçdan sonra (1:3) bu barədə danışıb:
"İstirahət edə bilmərik. Kayzerslauterndə 50 minə yaxın azarkeş önündə Azərbaycan millisini qəbul edəcəyik. Biz bu oyunda da qalib gəlmək niyyətindəyik. Heyətdə bir çox dəyişikliklər edəcəyik. Az şans qazanan futbolçular meydanda olacaqlar".