Futbol üzrə İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Arsen Venger digər həmkarlarını qabaqlayaraq, ötən ayın ən yaxşısı seçilib.
Qeyd edək ki, “Arsenal” sentyabr ayında Premyer Liqada dörd oyun keçirib. Onların üçündə qalib gələn “topçular” bir görüşdə də heç-heçəyə razılaşıblar. London klubu 13 xalla turnir cədvəlində 5-ci pilləyə yüksəlib.
Digər namizədlər arasında “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ikinci, “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo üçüncü olub.