Prosineçki: "Azərbaycan millisi ilə buna nail olmaq çox müşkül işdi"

15:38 7 Oktyabr 2017

Milli komandamızın baş məşqçisi Robert Prosineçki açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Almaniya məətbuatına danışan mütəxəssis millimizin dünya və Avropa çempionatına vəsiqə qazanmaq istəyini xəyal adlandırıb:

 

"Dünya və Avropa çempionatına vəsiqə qazanmaq Azərbaycan üçün xəyaldır. Azərbaycan millisi ilə buna nail olmaq çox müşkül işdi".

 

Prosineçki bunun səbəbini belə izah edib:

 

"Azərbaycan futbol ölkəsi kimi tanınmır. Azərbaycan Premyer Liqasında 8 komanda oynayır. DÇ-2018-in seçmə mərhələsində 10 xal topladıq ki, bu da rekorddur. Yığma komandanı qəbul edəndə 135-ci idi, indi isə 93-cü yerdəyik. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə adlamağa nail oldu. Yaxşı gənc futbolçular var. İndi azarkeşlər oyunlara daha çox maraq edir".

 

52 yaşlı mütəxəssis ilin sonunda başa çatacaq müqaviləsi barədə danışıb:

 

"Müqaviləmi uzadacağım barədə dəqiq bir qərar verməmişəm. Qarşımda müəyyən bir zaman var. Fikrimi Almaniya ilə oyuna cəmləmişəm. Bu matç xüsusidir. Çünki rəqib son dünya çempionudur".


Digər xəbərlər

Xəbər xətti