Prosineçki: "Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək"

22:57 7 Oktyabr 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Almaniya ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki matçdan öncə mətbuat nümayəndələrinin önünə çıxaraq sualları cavablandırıb:

 

- Rəqib barəsində çox şey demək istəmirəm. Almaniya dünyanın ən güclü komandasıdı. Sabahkı oyunda onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vurub, onları "qıdıqlaya bildik". Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər.

 

- Sabahkı oyun üçün heyəti dəqiqləşdirmədiyinizi dediniz. Hazırkı durum üçün ağlınızda olan heyəti açıqlaya bilərsinizmi?
- Oyun bu gün olsaydı, heyəti açıqlaya bilərdim. İndiki durumda son məşqi gözləməliyəm. Zədəli oyunçular var. Onların son durumunu öyrəndikdən sonra heyəti müəyyənləşdirəcəm.

 

- Rəşad Sadıqov da milliylə birgə Almaniyaya gəlib. Onu sabahkı oyunda meydanda görə biləcəyik?
- Yox. Çexiya ilə oyun Rəşad üçün son oyun idi.

 

- Yoahim Löv böyükhesablı nəticənin olmayacağını bildirdi. Siz necə düşünürsüz?
- Futbolda hər şey ola bilər. Hər bir komandaya hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Uşaqlar Bakıdakı oyunu yada salıb, burda da yaxşı çıxış edəcəklər.


Digər xəbərlər

Xəbər xətti