Maşallah Əhmədov azadlıqda

16:18 8 Oktyabr 2017

Dələduzluqda ittiham olunan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 il azadlıqdan məhrum etdiyi, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza müddəti iki ilə endirilən veteran fubolçu Maşallah Əhmədov dünən azadlığa qovuşub.

 

Sportarena.az xəbər verir ki, bu haqda bilgini “Neftçi”nin sabiq “10 nömrə”sinin oğlu Tərlan Əhmədov "Futbol+"-ə açıqlamasında verib. Tərlan bəyin sözlərinə görə, atasının azadlığa çıxmasına iki ay qalsa da, veteran futbolçu cəzanın dörddə üçünü çəkdiyinə görə azad olunub.

 

Xatırladaq ki, Əhmədov dəmir barmaqlıqlar arasında olduğu müddətdə əfv ərizəsi də yazmışdı. 


Digər xəbərlər

Xəbər xətti