İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Pirlo futbolçu karyerasını bitirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, hazırda MLS təmsilçisi “Nyu-York Siti”də top qovan 38 yaşlı futbolçu bu barədə “Gazetta dello Sport”a açıqlamasında məlumat verib. O, mövsümün sonunda karyerasını bitirəcəyini bildirib:
“Bir nöqtədə zamanın gəldiyini anlayırsız. Hər gün sağlamlıqla bağlı yeni problemlər çıxır və sən məşqlərdə əvvəlki gücünlə çıxış edə bilmirsən. Heç kim 50 yaşına kimi oynaya bilməz. Lakin mən bundan sonra da futbolda qalmağı planlaşdırıram”.
Qeyd edək ki, MLS-də mövsüm dekabrda başa çatacaq. Pirlonun Nyu-York təmsilçisi ilə müqavilə müddəti isə dekabrın 31-də bitəcək.