Futbolçumuz qol vurdu, komandası qalib gəldi

13:56 8 Oktyabr 2017

Futbol üzrə Latviya birinci liqasında 23-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - “Olayne” də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Smiltene” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Əsgərov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının ilk qolunu da Vüqar vurub. “Olayne”nin ən məhsuldar futbolçusu olan həmyerlimiz 50-ci dəqiqədə hesabı açmaqla cari mövsümdə vurduğu qolların sayını 15-ə çatdırıb.

 

“Olayne” 23 turdan sonra 41 xalla 12 komanda arasında 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti