DÇ-2018-in seçmə mərhələsinin son turunda Azərbaycan millisi Almaniyanın qonağı olub.
Sportarena.az xəbər verir ki, komandamız 1:5 hesablı məğlubiyyətə üzülsə də, fərqlənməyə imkan tapıb. Bu isə Bundestim üçün elə də arzuolunmaz hadisə olub. Belə ki, yığmamız qrup mərhələsində cəmi 4 top buraxan almanları hər iki görüşdə məyus edən yeganə komanda olub.
Maraq üçün qeyd edək ki, Azərbaycandan başqa Çexiya və Şimali İrlandiya Almaniyaya qol vura bilib.
Xatırladaq ki, millimizin qollarına ilk görüşdə (1:4) Dmitri Nazarov, ikinci qarşılaşmada isə Ramil Şeydayev imza atıb.