2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Afrika zonasında çıxış edən Misir yığması Konqoya 2:1 hesabı ilə qalib gələrək mundiala vəsiqə qazanıb. Misirlilər 1990-cı ildən sonra ilk dəfə DÇ-də iştirak edəcəklər.
Bu uğura görə, futbolçuların alacağı mükafat da müəyyənləşib. Yığmanın hər bir üzvü 1,5 milyon misir funtu (təxminən 84,8 min dollar) mükafata sahib çıxacaq.