Fransanın “France Football” nəşri 2017-ci ildə “qızıl top”a namizəd futbolçuları adlarını açıqlamağa başlayıb.
Sportarena.az xəbər verir ki, ümumilikdə siyahıda 30 namizəd yer alacaq. Jurnal ilk olaraq 5 futbolçunun namizədliyini açıqlayıb:
1. Neymar (PSJ/"Barselona", Braziliya) 2. Luka Modriç ("Real", Xorvatiya) 3. Paulo Dibala ("Yuventus", Argentina) 4. Marselo ("Real", Braziliya) 5. Nqolo Kante ("Çelsi", Fransa).
Xatırladaq ki, “qızıl top” mükafatının son qalibi “Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo olub.