DÇ-2018-in seçmə mərhələsində İtaliyanı qəbul edən Albaniya millisi 0:1 hesabı ilə uduzub.
Sportarena.az xəbər verir ki, “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Albaniya millisi qrupu 3-cü, İtaliya isə 23 xalla 2-ci pillədə tamamlayıb.