Millmiz Kiprə uduzdu - YENİLƏNİB

18:03 10 Oktyabr 2017

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün son oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, futbolçularımız İrlandiyanın Ueksford şəhərindəki Ferrycarrig Park stadionunda Kipr yığması ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. Bununla da, komandamız qrupu sonuncu pillədə başa vurub. Rəqib komanda hər iki qolu penaltidən vurub.

Xatırladaq ki, yığmamız seçmə mərhələnin ilk oyununda İrlandiya ilə 0:0 hesablı heç-heçə edib, ikinci görüşdə isə Serbiyaya 1:4 hesabı ilə uduzub.

16:00 Azərbaycan - Kipr 1:2
Qollar: 
Bahadur Həziyev, 90+2 - Panagiotis Louka, 61-p. Markos Roles, 70-p.

 

16:00. İrlandiya - Serbiya - 2:1


Digər xəbərlər

Xəbər xətti