Ramil Şeydayev: "Nəhayət, ilk qolumu vura bildim"

12:17 10 Oktyabr 2017

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində son oyununda səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzdu. Yığmamızın heyətində yeganə qolu Ramil Şeydayev vurdu.

 

Sportarena.az xəbər verir ki, bu, Şeydayevin yığma komandada ilk qolu olub. Ötən ildən etibarən millimizin formasını geyinən hücumçu bununla bağlı "facebook" səhifəsində paylaşım edib:

"Nəhayət, milli komandam üçün ilk qolumu vura bildim. Təəssüf ki, komandanın vuruşmasına baxmayaraq, böyük hesabla məğlub olduq. Dəstəyiniz üçün hamımıza təşəkkür edirəm!"


Digər xəbərlər

Xəbər xətti