İslandiya prezidenti Qudni Yohansson ölkəsinin futbol üzrə yığma komandasının oyununu azarkeşlərlə birgə izləyib.
Sportarena.az xəbər verir ki, dövlət başçısı 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuncu - X turu çərçivəsində Kosovoya qarşı görüşə VİP lojadan deyil, azarkeş tribunasından baxmağı üstün tutub.
Oyun islandiyalıların 2:0 hesablı qalibiyyəti ilə nəticələnib. Bu qələbədən sonra xalını 22-ə çatdıran İslaniya yığması İ qrupunda 1-ci olub və mundiala birbaşa vəsiqə qazanıb. Bu, həm də şimallıların iştirak edəcəkləri ilk dünya çempionatı olacaq.
Qeyd edək ki, İ qrupunda Xorvatiya 20 xalla 2-ci, Ukryana isə 17 xalla 3-cü olub.