DÇ-2018-in seçmə mərhələsinin Asiya zonasının pley-off mərhələsinin cavab oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, Malayziyada keçirilmiş ilk matçda 1:1 hesablı heç-heçəyə razılaşmış Suriya və Avstraliya milliləri Sidneydə münasibətlərinə aydınlıq gətiriblər. Bu dəfə də 1:1 hesabı qeydə alınıb. Əlavə vaxtda daha bir dəfə fərqlənən “kenqurular” mundiala bir addım da yaxınlaşıblar.
İndi Avstraliya millisi Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq üçün KONKAKAF zonasının dördüncüsünü üstələməlidi.