Türkiyənin fiziki əngəlli futbolçulardan ibarət yığma komandası Avropa çempionu olduğu barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, "ay-ulduzlular" dünən keçirilən final oyununda İngiltərəni 2:1 hesabı ilə yenərək qızıl medalları qazanıb. Bu oyundan sonra Türkiyənin bəzi oyunçularının həyat hekayəsi ön plana çıxıb.
Gecənin ən çox müzakirə olunan isimlərindən biri Osman Çakmak olub. O, vurduğu qolla Türkiyəni Avropa çempionu edib. Türkiyə Silahlı Qüvvələrinin sıralarında xüsusi təyinatlı olaraq xidmət edən Osman Çakmak minaya düşərək sol ayağını itirib.