Futbol üzrə Haiti yığması yoxlama oyununda qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Vild-Donald Gerryenin formasını geyindiyi bu kollektiv Yaponiya ilə qarşılaşıb.
6 qolun vurulduğu oyundan qalib müəyyənləşməyib. Matçın əvvəlində 2 erkən qola üzülən Haiti yığması 28, 53 və 78-ci dəqiqələrdə fərqlənməklə hesabda önə də keçib. Amma son dəqiqədə buraxılan daha bir qol Gerryenin komandasının qələbə qazanmasına imkan verməyib.
“Qarabağ”ın futbolçusu da bu matçın iştirakçısı olub. O start heyətdə meydana çıxdığı matçın 86-cı dəqiqəsində əvəzlənib. Komandasının vurduğu qollardan birinin ötürməsini də məhz Donald verib.