Alesio da Silva: “Komandamın oyunundan razı qaldım”

23:25 11 Oktyabr 2017

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində ilk oyununu keçirən “Araz” Bosniya və Herseqovina çempionu “Mostar” ilə qarşılaşmadan 5:2 hesablı qələbə ilə ayrıldı. 

 

Sportarean.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Alesio da Silva oyunla bağlı fikrini bildirib: 

 

“Oyun gərgin keçdi. Bu da təsadüfi deyil. İlk oyunlar hər zaman gərginliyi ilə yadda qalır. Çətinliyə baxmayaraq, vacib olan qələbəni qazandıq. Komandamın oyunundan razı qaldım. Oyunun videoyazısına sabah baxacam və çatışmazlıqları aradan qaldırmağa çalışacam. Bu gün çoxsaylı qol epizodundan istifadə edə bilmədik. Bu da qarşıdakı oyunlarda bizə problem yarada bilər. Ona görə bunun üzərində mütləq işləməliyik. Taktiki planda və intizam baxımından uşaqlardan razı qaldım. Demək olar, dediklərimi icra edə bildilər”.


Digər xəbərlər

Xəbər xətti