UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan İtaliyanın “Roma” klubu daha bir futbolçusunu itirib.
Sportarena.az xəbər verir ki, hücumçu Stefan Əl Şaraavi də sıradan çıxıb. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Albaniyaya qarşı keçirdikləri oyunda zədələnib. Vəziyyəti ağır olmasa da, İtaliya milli komandasının forvardı qarşıdakı 1-2 həftə ərzində istirahət etməlidi.
“Roma”da Əl Şaraavidən başqa Emerson, Lorenso Pelleqrini, Kevin Strootman, Qrequar Defrel və Patrik Şik də zədədən əziyyət çəkir.