Milli komandamızın və Almaniyanın II Bundesliqasında çıxış edən "Aue" klubunun futbolçusu Dmitri Nazarov açıqlama verib.
Sportarena.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi millimizin DÇ-2018-in seçmə mərhələsi çıxışı barədə danışıb. Nazarov yığmamızın qrupda 10 xal yığmasına görə, tərifləndiklərini vurğulayıb:
"Biz böyük uğurlar əldə etmişik. Azərbaycan millisi heç vaxt seçmə mərhələlərdə 10 xal toplamayıb. Buna görə çoxlu tərif aldıq. Dünya çempionu Almaniyaya qarşı iki dəfə oynamaq sevindirici idi".