İtaliyalı sənətşünas və yazıçı Vittorio Sqarbi maraqlı təklif irəli sürüb.
Sportarena.az xəbər verir ki, o, İtaliya yığmasının və “Yuventus”un qapıçısı Canluici Buffona ölkənin idman naziri olmağı təklif edib. Sqarbi “Vanity Fair” jurnalına açıqlamasında onun “Rinascimento” partiyasının parlament seçkilərində qalib gələcəyi təqdirdə Buffonun da idman naziri təyin olunmasını istədiyini bildirib.
“Bizim partiya və proqramımızla o, özü maraqlanmağa başlayıb. Bundan sonra biz Triestdə görüşdük və ondan dəstək aldıq. Seçkilərdə qalib gəlsək, Buffon təbii ki, idman naziri olacaq. Canluici sənət və siyasətlə də maraqlanır”.
İtaliyada parlament seçkiləri 2018-ci ildə keçiriləcək. Hazırda dəqiq tarix dəqiqləşməyib. Amma qanuna əsasən, mayın 20-dən gecə olmamalıdı.