Prosineçki: ""Başqa iş tapsam da..." - AÇIQLAMA

11:40 12 Oktyabr 2017

Robert Prosineçki millimizin baş məşqçisi vəzifəsindən ayrılsa belə, ailəsi Bakıda qalacaq.

 

Sportarena.azxəbər verir ki, bu barədə xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, uşaqları Bakıda təhsil aldıqları üçün bu qərarı verib: "Azərbaycana geri dönməliyəm. Uşaqlarım dərs ilini başa vurmalıdırlar. Əgər başqa bir iş tapsam, uşaqlarım və həyat yoldaşım Azərbaycanda qalacaq".

 

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatır. Onun Sloveniya yığmasını çalışdıra biləcəyi iddia edilir.


Digər xəbərlər

Xəbər xətti