Türkiyə mətbuatında adı Azərbaycan millisi ilə hallanan Engin Fırat yayılan xəbərlərə münasibət bildirib.
Sportarena xəbər verir ki, hazırda ABŞ-ın “Dallas” klubunu çalışdıran türkiyəli mütəxəssis ajansspor.com-a açıqlamasında millimizdən təklif almadığını deyib:
“Dallas”dan ayrılacam. Yeni komanda tapmaq istəyirəm. Bəzi klublardan təklif almışam. Milli komandada da çalışa bilərəm. Moldova və Kosovodan rəsmi təklif almışam, ancaq Azərbaycandan təklif yoxdur. Çində də çalışa bilərəm”.
Qeyd edək ki, dekabrda müqaviləsi başa çatacaq millimizin baş məşqçisi Robert Prosineçkinin yığmamızdan ayrılacağı gözlənilir.