PSJ-nin prezidenti Naser Əl-Xələfi korrupsiyada ittiham olunur.
Sportarena.az xəbər verir ki, İsveçrə prokurorluğu ona qarşı cinayət işi açıb. PSJ-nin prezidentinin Qətərin “BeIN Media Group” kompaniyasının DÇ-2026 və DÇ-2030-un yayım hüququnu alarkən maxinasiyaya yol verdiyi bildirilir.
Şahidlər iddia edirlər ki, “BeIN Media Group”un baş direktoru olan Naser Əl-Xələfi FİFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verib. Valke artıq sorğuya cəlb edilib. Onun Fransa, İtaliya, Yunanıstan və İspaniyadakı evlərində axtarış aparılıb.