Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Araz” bu gün qrupda son oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, təmsilçimiz qrup oyunlarına ev sahibliyi edən Rumıniya çempionu “Deva” ilə qarşılaşacaq. Bu oyunda komandamızı heç-heçə də qane edir. İlk qarşılaşmada Bosniya və Herseqovina çempionu “Mostar”ı 5:2, ikinci matçda isə Malta çempionu “Sent Endryus”u 6:4 hesabı ilə məğlub edən “Araz” hazırda qrup lideridi. Rəqib isə ilk oyunda “Sent Endryus”u məğlub etsə də, “Mostar”la dueldən məğlub ayrılıb. Hazırda rəqibini 3 xal qabaqlayan təmsilçimizə qrup mərhələsini birinci pillədə başa vurmaq üçün uduzmamaq kifayətdi.
“Araz”ın yer aldığı qrupdan elit-raunda yalnız birinci yerin sahibi vəsiqə qazanacaq.
Futzal. UEFA kuboku
14 oktyabr
Araz – Deva (Rumıniya) 3:6
Qollar: K. dos Santos, 7:01, T. Thaqo, 30:33, R. Çovdarov, 38:57 // F. Matei, 5:22, 18:12, 38:16, F. İqnat, 17:06, A. Panzaru, 23:15, T. Tonita, 37:22
Sarı vərəqələr: K. dos Santos, 4:47, İ. Atayev, 38:57 // F. İqnat, 4:27, D. Stoica, 8:25
Araz: 1. Rövşən Hüseynli (q), 3. Teles Thaqo, 5. Qabriel Bastos, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 12. Emin Kürdov (q), 17. İsa Atayev, 15. Karvalho dos Santos, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Oktay Rüstəmli
Baş məşqçi: Alesio da Silva
Deva: 20. Toni Tonita (q), 2. Andrian Panzaru, 5. Marius Matei (k), 10. Kristian Obada, 14. Paul Ferreira, 1. Raul Filimon, 7. Dumitru Stoica, 8. Guiliano Zabar Kovacs, 11. Florin İqnat, 16. Sergiu Takot, 17. Alpar Ksoma, 19. Florin Matei
Baş məşqçi: Marko Lopez