Bu gün Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə “Zirə” ilə qarşılaşacaq “Kəpəz” bir neçə itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, “sarı-göylər”in 3 futbolçusu Zirədə keçiriləcək matçda komandaya kömək edə bilməyəcək. Müdafiəçi Azad Kərimov, yarımmüdafiəçilər Əli Səmədov və İlkin Sadıqov zədə səbəbindən matçı tribunadan izləməli olacaq. Hər 3 futbolçu məşq prosesində zədələnib.
Qeyd edək ki, "Zirə" - "Kəpəz" oyunu bu gün saat 16:00-da başlayacaq..