Bu gün Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində səfərdə "Sumqayıt"la qarşılaşacaq "Qəbələ"nin heyətində ciddi itkilər var.
Sportarena.az xəbər verir ki, üç mərkəz müdafiəçisi Vitali Vernidub, Voyislav Stankoviç və Deyv Bultuis bu matçı buraxmalı olacaqlar. Buna səbəb isə onların zədədən əziyyət çəkmələridi. Həmçinin, İlqar Qurbanov və Filip Ozobiç də eyni səbəbdən görüşü kənardan izləməli olacaqlar.
Qeyd edək ki, bu gün keçiriləcək "Sumqayıt" - "Qəbələ" matçı 18:00-da başlayacaq.