Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə “Zirə”yə uduzan (0:3) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında iştirak edib.
Sportarena.az xəbər verir ki, Diniyev matçla bağlı bunları deyib:
"Çox pis oynadıq. Bu, bizim oyunumuz deyildi. Matçı əks-hücumlar üzərində qurmuşduq. İlk hissədə oyunumuz alındı. Rəqib müdafiəmizi yara bilmədi. Ancaq ikinci hissədə hər şey dəyişdi. Komanda ikinci hissədə irəli çıxdı, qol vurmaq istədi. Bunun da nəticəsində qapımızda 3 qol gördük. Çox acınacaqlı məğlubiyyətdi. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq".