Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə “Kəpəz”i 3:0 hesabıyla məğlub edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında iştirak edib.
Sportarena.az xəbər verir ki, Abbasov oyunla bağlı fikirlərini bildirib:
"Millinin oyunuyla bağlı fasilə yaranmışdı. Çalışdıq, bu fasilədən maksimum istifadə edək. Uşaqlar bu gün istədiyim oyunu nümayiş etdirdilər. “Kəpəz”in müdafiə olunacağını bilirdik. Belə oyunlarda erkən qol vurmaq vacib idi. İlk hissədə fərqlənə bilməsək də, ikinci hissədə erkən qol vurduq. Çətin qarşılaşma oldu. Qələbə qazandığımıza görə sevinirəm".