Alesio: "Bəsit səhvlərə yol verdik"

10:32 15 Oktyabr 2017

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində son oyununu keçirən “Araz” Rumıniya çempionu “Deva” ilə qarşılaşıb və 3:6 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, mübarizəni dayandıran təmsilçimizin baş məşqçisi Alesio da Silva oyunla bağlı açıqlama verib:

 

“Pis oynadığımızı deyə bilmərəm. Əksinə, komandam rəqibdən üstün oyun nümayiş etdirdi. Təəssüf ki, yenə bəsit səhvlərə yol verdik və asan qollar buraxdıq. Əvəzində özümüz yaratdığımız epizodları sağa-sola xərclədik. Halbuki, onları qola çevirmək lazımdı ki, sonra qələbəni biz bayram edək. Həm də rəqibin heyətində təcrübəli futzalçılar yer alıb və onlar uzun müddətdi bir komandada çıxış edirlər. Meydanda anlaşma baxımından “Deva”nın üzvləri yaxşı mənada seçilirdilər”.


Digər xəbərlər

Xəbər xətti