Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları başa çatıb.
Sportarena.az xəbər verir ki, bu gün turun son matçı keçiriləcək. "Səbail" "Neftçi"ni qəbul edib. Oyuna ciddi hücumlarla başlayan "ağ-qaralar" matç boyu üstünlüyünü davam etdirib. Bu hesabda da öz əksini tapıb - 4:0. "Neftçi" xalını 7-ə çatdıraraq turnir cədvəlində "Səbail"i ötüb.
Turun üç oyunu isə artıq baş tutub. İlk oyun günündə "Qarabağ" səfərdə "İnter"i 2:0 hesabı ilə məğlub edib. Dünən isə "Zirə" "Kəpəz"ə, "Qəbələ" "Sumqayıt"a qalib gəlib.
Azərbaycan Premyer Liqası, 8-ci tur
15 oktyabr
18:30 Səbail - Neftçi 0:1
Qol: İqnasio Errera, 17. Uqo Barqas, 32; 77Rəhman Hacıyev, 65,
Qırmızı vərəqə: Derlis Meza Kolli, 84.
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Şahin Cəfərov
Mərdəkan. “Dalğa Arena”
14 oktyabr
16:00 Zirə - Kəpəz 2:0
Qol: Təmkin Xəlilzadə, 47; 64. Riçard Qadze, 76.
18:00 Sumqayıt - Qəbələ 0:1
Qol: Famussa Kone, 29
13 oktyabr
İnter - Qarabağ 0:2
Qol: Dino Ndlovu, 85; 90+2.