"Qarabağ"ın rəqibində itki

14:12 15 Oktyabr 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, “canavarlar”ın müdafiəçisi Kostas Manolas sıradan çıxıb. O, İtaliya A seriyasının 8-ci turu çərçivəsində keçirilən “Napoli” ilə ev oyununda (0:1) zədələnib. Bu barədə məlumatı “Roma”nın baş məşqçisi Eusebio Di Françesko yerli mətbuata açıqlamasında verib. O, yunan müdafiəçinin Çempionlar Liqasının “Çelsi” ilə səfər matçında meydana çıxmayacağını deyib:

 

“Praktiki olaraq, Manolasın “Çelsi”yə qarşı oynaması mümkün deyil. O, Mertenslə toqquşduqdan sonra zədə alıb. Fikrimcə, Çempionlar Liqasının növbəti oyununda onun xidmətindən istifadə edə bilməyəcəyik”.

 

Qeyd edək ki, “Çelsi” - “Roma” oyunu oktyabrın 18-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti