“Qalatasaray” Türkiyə Super Liqasında ilkə imza atıb.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” çempionatın 8-ci turunda, “Konyaspor”la səfər oyununa 11 legionerlə çıxıb. Bu, Super Liqa tarixində ilk belə haldı. İstanbul təmsilçisinin baş məşqçisi İqor Tudor Konyada aşağıdakı start heyətinə güvənib:
Muslera, Mariano, Maykon, Denayer, Latovlevici, Fequli, Belanda, Ndiaye, Rodriqes, Fernando, Qomis.
Tudor əvvəlki turlarda mütəmadi olaraq şans verdiyi Sərdar Azizi sarı vərəqə limitində olduğundan, “Fənərbaxça”yla vacib derbi öncəsi qorumaq üçün ehtiyatda saxlayıb. Yerli futbolçulardan əsas heyətin digər üzvlərindən Tolqa Ciğerci isə zədə səbəbindən kənarda qalıb.
Oyun “Qalatasaray”ın 2:0 hesablı qələbəsiylə nəticələnib.