İsveçrə prokurorluğunun PSJ-nin prezidenti Nasser Əl-Xələfiyə qarşı cinayət işi açdığı barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, FİFA da Nasser Əl-Xələfi və Valkeyə qarşı xüsusi araşdırmaya başlayıb. Belə ki, Əl-Xələfi FİFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verməkdə ittiham olunur.
Əl-Xələfinin rəhbərlik etdiyi “BeİN Media Group” DÇ-2026 və DÇ-2030-un yayım hüququnu əldə edərkən, rüşvət amilindən yararlanıb. İttihama görə, Əl-Xələfi Jerom Valkeyə 7 milyon avro rüşvət verib.
Valke ötən ilin sentyabr ayında maxinasiyada ittiham olunaraq, baş katib postundan uzaqlaşdırılıb.