Tərlan Əhmədov: "Bu qələbələr bizi rahatlaşdırmamalıdı"

20:51 15 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə “Səbail”i məğlub edən (4:0) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, Əhmədov oyunla bağlı fikirlərini bildirib:

 

"Futbolçularıma bu gözəl qələbəyə görə təşəkkür edirəm. Azarkeşlərimizə də sonadək dəstək olduqlarına görə “çox sağ ol” deyirəm. Komanda yavaş-yavaş özünə gəlir. Lakin bu qələbələr bizi rahatlaşdırmamalıdı. Bizi qarşıda daha çətin oyunlar gözləyir. Oyunumuzu daha yaxşı səviyyəyə çatdırmalıyıq. Petrovun olmaması bəzi dəyişikliklər etməyimə səbəb oldu. Bu gün isə Meza Kolli qırmızı vərəqə aldı".


Digər xəbərlər

Xəbər xətti