Millimiz son matçına çıxır

10:32 16 Oktyabr 2017

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, 11-ci qrupda mübarizə aparan U-17 millimiz son oyununa çıxacaq. Bundan öncə keçirdiyi qarşılaşmalarda İrlandiyaya 0:6, Ukraynaya isə 1:6 hesabıyla uduzan yığmamız Boqlarıstanla matça təsəlli üçün çıxacaq.

 

Bolqarlar da millimizlə oxşar vəziyyətdədi. Balkanlılar da qrupda keçirdiyi hər iki oyunu məğlubiyyətlə başa vurub. Sadəcə, millimizdən fərqli olaraq, rəqib bu oyunlarda daha kiçik hesabla (hər iki matçda 0:3) uduzub.

 

Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

 

Avropa çempionatının seçmə mərhələsi (U-17)

16 oktyabr

19:30 Azərbaycan - Bolqarıstan


Digər xəbərlər

Xəbər xətti