Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Ərsun Yanal istefa verib.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna komandanın Super Liqanın 8-ci turu çərçivəsində ötən gecə “Akhisar”a 1:6 hesabı ilə uduzması səbəb olub. Matçdan dərhal sonra o, klub prezidenti ilə görüşərək istefa qərarını rəhbərliklə müzakirə edib. Rəhbərliyin onun istefasını qəbul edib.
Qeyd edək ki, "Trabzonspor" 8 turdan sonra 9 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.