Prosineçki "Trabzonspor"un baş məşqçisi olacaq?

12:16 16 Oktyabr 2017

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkiyə daha bir təklif var.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssisin xidmətində Türkiyə Super Liqa təmsilçisi "Trabzonspor" maraqlıdı. Ərsun Yanalla yollarını ayıran Qaradəniz təmsilçisinin baş məşqçi postuna namizədlər arasında Prosineçkinin də adı var. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Xorvat mütəxəssislə yanaşı digər namizədlər isə Fatih Terim, Rıza Çalımbay, Mustafa Reşit Akçay, Mişel Predom və Klod Pueldi. 

“Trabzonspor” 8 turdan sonra 9 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Millimizlə müqavilə müddəti dekabrda bitəcək Robert Prosineçkinin xidmətində Bosniya və Herseqovina və Sloveniya yığmaları da maraqlıdı. Daha öncə Türkiyənin "Bursaspor" klubu da yığmamızın baş məşqçisini "sükanı arxasında" görmək istəsə də, Prosineçkinin millimizlə müqaviləsinin olması bu anlaşmaya mane olmuşdu. 

 

Xatırladaq ki, hazırda "Qarabağ"da icarədə olan millimizin hücumçusu Ramil Şeydayev müqaviləylə "Trabzonspor"un futbolçusudu. 


Digər xəbərlər

Xəbər xətti