FİFA referisi Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, L qrupunda oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu idarə edəcək. Bu barədə AFFA-nın saytı məlumat yayıb.
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.