Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” oktyabrın 18-də Bakı Olimpiya stadionunda “Atletiko”nu qəbul edəcək.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən azarkeşlərin xidmətində olacaq. Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl - saat 17:00-dan etibarən istifadə edə bilər.
“Qarabağ”ın “Atletiko”yla matçına bilet satışı da davam edir. Azarkeşlər sabahdan etibarən biletləri Bakı Olimpiya stadionunun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.